Dahi sərkərdə Mustafa Kamal Atatürkün «19» sirri

1. Atatürk, 1881-ci ildə 19. əsrin bitməsinə 19 il qalmış doğulmuşdur.

2. Atatürk yaşayarkən, İngiltərə, Atatürkün doğum gününü qeyd etmək üçün Türkiyədən doğum tarixini soruşmuş, Atatürk, 19 May 1881 deyə cavab vermiş və qeydlərə belə keçmişdir.

3. 1900-cü ildə 19 yaşında Hərbiyəyə girmişdir.

4. 19 dekabr 1904-cü il tarixində azadlıq fikirlərindən ötəri Yıldız Sarayına çağırıldı.

5. Hərb Akademiyasından aldığı sicil olan 3178 sayının rəqəmlərinin cəmi 19-dur.

6. Çanaqqala döyüşlərində böyük rol oynayan 19. Diviziyaya başçılıq etmişdir.

7. 19 May 1915-ci il tarixində Polkovnik oldu.

8. 19 May 1919-cu il tarixində Samsuna çıxan Atatürkün mindiyi Bandırma vapurunda 19 sərnişin var.

9. Qurtuluş Savaşının başlanğıcı olan 19 May 1919-cu il tarixində, 3 dənə 19 vardır. Atatürkün həyatı da, 3 x 19 = 57 ildir. 1919-da isə 2 x 19 = 38 yaşında idi.

10. Millətin iradəsini Məclisə devretmə qərarını 19 Martda qəbul etmişdir.

11. Sakarya Meydan Müharibəsindən sonra TBMM, 19 Sentyabr 1921-ci il tarixində, xüsusi bir qanunla Mustafa Kamala Mareşallık və Gazilik ünvanı vermişdir.

12. 19 il Türk ulusuna Baş Komandir və Dövlət Başçısı olaraq xidmət etmişdir. (1919 — 1938)

13. Böyük nitqinin sonundakı Gəncliyə Müraciəti 19 cümlədir.

14. Adı və soyadı, Mustafa Kamal Atatürk, 19 hərflidir.

15. Ne Mutlu Türküm Diyene! Bu şah əsər 19 hərflidir.

16. 1938-ci ildə (19 x 2 = 38), 10 Noyabr günü, saat 9-da (10 + 9 = 19), 57 yaş (19 x 3 = 57) ölmüşdür.

17. Cənazəsi, 19 Noyabr 1938 günü, Yavuz zırhlısı ilə İzmitə aparılmışdır.

18. 1919 sayında 101 dənə 19 vardır.

19. İlk 19 ildə hazırlandı, ikinci 19 ildə siyasət və əsgərlik sahəsində döyüşdü, üçüncü 19 ildə isə Türkiyəni yenidən qurdu.

20. Atatürkün 19 geyim sirri var idi.

21. Atatürkə verilən medalların toplam sayı 19 idi.

22. Atatürk, 19.000 TL nağd miras qoydu.

23. Cənazə mərasimində Chopin-nin 19 notlu 19. marşı çalındı.

Uzunömürlülüyun «10 qızıl qanunu”

İnsan azı 120 il ömür sürməyə qadir olsa da, reallıqda bəşəriyyətin böyük əksəriyyəti bu ərməğandan yararlana bilmir. Orta hesabla götürülən rəqəmlərə əsasən, indi planetin ən uzunömürlüləri yaponlardır. Onlar orta hesabla 79 il ömür sürürlər. Avstraliyalılar, kanadalılar, yunanlar, isveçlilər orta hesabla 78, almanlar və amerikalılarsa 76 il ömür sürürlər. Ruslar və türklərdə ömür daha tez — 67, azərbaycanlılarda isə 65 yaşında sona çatır.

Amma bizdən də acınacaqlı vəziyyətdə olanlar var və onlarla müqayisədə bizim vəziyyətimiz xeyli nikbin görünür. Bu, cəmi 47 il ömür sürən Nigeriya və Somali əhalisidir. İnsan ömrünün uzadılması məsələsiylə məşğul olan alimlər ömrün uzunluğuna təsir edən faktorları ayırd edib məsləhətlər toplumu hazırlayıb. İnsan ömrünün uzadılmasına çalışan həkim, psixoloq və dietoloq qrupunun hazırladığı «10 qızıl qanun»a riayət etməklə ömrü xeyli uzatmaq mümkündür. Hər halda onlar belə deyirlər.

Beləliklə, çox yaşamağın birinci sirri odur ki, mümkün qədər az yeyin. Norma 2,5 min kaloridirsə, siz cəmi 1,5 min kalori ilə kifayətlənin. Qidanızı balanslaşdırın: nə çox yeyin, nə də ki, həddən artıq az.

Çalışın ki, menyunuz yaşınıza uyğun olsun. Əgər qadın mütəmadi olaraq qaraciyər və qoz yeyərsə, ilk qırışları çox gec peyda olar. 40 yaşdan yuxarı insanlara betakarotin faydalıdır. 50 yaşdan sonra kalsium lazımdır ki, sümükləriniz normada olsun, maqnium da ürəyinizi yaxşı vəziyyətdə saxlamaq üçündür. 50 yaşdan sonra balığı çox yeməklə ürəyinizi və qan damarlarınızı qoruyarsınız.

Özünüzə uyğun olan iş tapın. Fransızlar əmindirlər ki, bu, cavanlaşmaya səbəb olur. İşləməyən insan isə yaşından azı 5 il yaşlı görünür.

Həyatda öz tayınızı tapın! Məhəbbət və nəvaziş qocalıq əleyginə ən gözəl vasitədir. Bundan başqa, hər şeyə öz baxışınız olmalıdır.

Həyatı dərk edən insanlar ümumi axarla üzənlərdən az depressiyaya uğrayır, az qüssələnirlər. Həkimlər çox hərəkət etməyin, gündə ən azı 8 dəqiqə idmanla məşğul olmağın ömrü uzatdığını söyləyir.

Əgər uzun ömür sürmək istəyirsinizsə, sərin otaqda yaşayın. Araşdırmalardan məlub ki, +17, +18 dərəgəli otaqda yatanlar cavan qalırlar. Səbəb odur ki, orqanizmdəki maddələr mübadiləsi və qocalıq xüsusiyyətlərinin üzə çıxması həm də ətrafdakı hərarətdən asılıdır.

Hərdənbir özünüzün nazınızla oynayıb istədiyinizi edin. Sağlam həyat tərzinə dair çoxsaylı məsləhətlərin əleyhinə olsa da, hərdən dadlı yeməklər yeyin. Başqa ürəyinizgə olan hərəkət də edə bilərsiniz.

Heç də həmişə içinizdəki hirsi boğmağa çalışmayın. İçəridən özünü «yeyən», daim özünü danlayan insanlar şiş xəstəliklərinə daha çox mübtəla olurlar, nəinki ürəyini başqalarına boşaldıb dərdini içində saxlamayanlar.

Beyninizi məşq etdirin. Krossvordlar tapın, zehni fəaliyyət tələb edən kollektiv oyunlar oynayın, xarici dillər öyrənin. Təkcə kalkulyatorda yox, həm də beyninizdə hesablama aparın. Beyni

işləməyə vadar etməklə biz əqli qabiliyyətimizin iflasa uğramasının qarşısını almış oluruq.

Sonda qeyd edək ki, mütəxəssislər ömrü uzadan amilləri müəyyənləşdirərkən uzun ömür sürənlərin həyatını geniş tədqiq etmiş və digər faktorların orqanizmə təsirini öyrənmişlər.